6 C
Baku
Wednesday, January 7, 2026

“Goldman Sachs”: Maduronun ələ keçirilməsi Venesuelada neft hasilatının artması üçün zəmin yaradır

Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması uzunmüddətli perspektivdə ölkədə neft hasilatının artırılması üçün şərait yaradır, bu isə öz növbəsində qlobal neft qiymətlərinə təzyiq göstərə bilər. Bu barədə “Goldman Sachs”ın analitikləri yazırlar.

Dünyada ən böyük neft ehtiyatlarına malik olan Venesuela bir vaxtlar yüksək həcmdə neft hasil edib, lakin son iki onillikdə vəziyyət kəskin şəkildə pisləşib.

Bankın ekspertlərinin fikrincə, hasilatın hər hansı bərpası infrastrukturun aşınması və əhəmiyyətli investisiyaların cəlb edilməsi üçün güclü stimulların zəruriliyi səbəbindən böyük ehtimalla mərhələli olacaq. Onların sözlərinə görə, Venesuelada hasilatın uzunmüddətli perspektivdə potensial artımı 2027-ci il və sonrakı dövrlər üçün neft qiymətləri üzrə proqnozların aşağı salınması risklərini artırır”.

Bununla belə, “Goldman Sachs” 2026-cı il üçün Brent və WTI markalı neftin orta qiymətləri üzrə proqnozunu müvafiq olaraq bir barel üçün 56 dollar və 52 dollar səviyyəsində saxlayıb.

Son xəbərlər
Digər xəbərlər