Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” qlobal neft bazarında avqustun 1-dən indiyədək nisbətən tarazlığın yaranmasının davamlı olmadığı qənaətindədir.
“Goldman Sachs” neft qiymətinin avqust ayının əvvəlindən bu vaxtadək 15 faiz bahalaşdığını və bu yüksəlişdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin neft təklifini azaldacaqları istiqamətindəki fikrin formalaşmasının təsirli olduğunu bildirib. Lakin OPEC-in istehsalı nə vaxt, nə qədər və hansı müddət üçün azaldacağı hələ ki məlum deyil.
“Goldman Sachs” “Brent” neftinin qiymətinin gələn yayadək 45-50 dollar/barrel səviyyəsində olacağına dair proqnozunu da dəyişməyib.
AZƏRTAC