Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” bazarlarda neft qiymətlərinin artım proqnozunu yaxşılaşdırıb.
Mayın 1-dən neft hasilatının azaldılması və pandemiyanın sarsıntısından sonra dünyada iqtisadi fəallaşma, 2021-ci ildə neft qiymətlərinin böhrandan əvvəlki səviyyəyə çatmasına səbəb olacaq.
Banker.azxəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
“Brent” markalı neftin qiyməti 2021-ci ilə qədər 52,50 dollardan 55,63 dollara, WTI markalı neftin qiyməti isə 48,50 dollardan 51,38 dollara yüksələcək.
Aprelin 12-də “Brent” 1,7 dəfə, WTI isə 2 dəfə artıb.
Xatırladaq ki, 12 aprel tarixində OPEC+ ölkələrinin iclası keçirilmişdir. Tərəflər mayın 1-dən neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə ortaq razılığa gəliblər.