12 C
Baku
Saturday, November 16, 2024

Goldman Sachs: neft qiymətləri 20 dollara qədər enə bilər

Goldman Sachs Group Inc. ekspertləri 2015-2016-cı illər üçün Brent və WTI markalı neftlərin dəyəri ilə bağlı proznozları endirmişlər.

Bununla belə, ekspertlər belə qeyd etmişlər ki, bazarda 1 barrel neftin dəyəri 20 dollar həcminə qədər enə bilər.

Beləliklə, Bloomberg agentliyinin verdiyi məlumata görə, 2015-ci il üçün Brent markalı neftin dəyəri ilə bağlı proqnozlar 53,7%-ə, WTI isə 48,1%-ə endirilmişdir.

Goldman Sachs analitiki Demien Kurvalin demişdir: “Neft bazarı gözləntilərimizdən daha artıq şəkildə dolmuşdur və buna görə də 2016-cı ildə bu “artıqlığın” davam edəcəyini gözləyirik. Neftin qiyməti ilə bağlı proqnozları endirməyimiz də bununla əlaqədardır”.

Bankın mütəxəssislərinin bildirdiyinə görə, dünya üzrə neft emalı templəri dəyişməsə qiymətlər 1 barrelə görə 20 dollara qədər enə bilər.

Son xəbərlər
Digər xəbərlər