Neft qiymətləri 70 dolları ötə bilər.
Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.
“Goldman Sachs”a görə, ABŞ-da soyuq havanın keçməsi ilə meydana gələn itkilər nəzərə alındıqda qarşıdakı aylarda neft qiymətləri 70 dollar/barreli keçə bilər. Artan neft tələbatının “OPEC+”un istehsalını üstələməsi fonunda isə qiymətlərdəki artım davam edəcək.