5 C
Baku
Friday, February 23, 2024

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu dəyişib

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2017-ci il üzrə neftin orta qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

“Goldman Sachs” “Layt” və “Brent” markalı xam neftin 2017-ci il üzrə qiymət proqnozunu aşağı salıb, 2018-ci il üzrə proqnozunu isə dəyişməyib. Bank “Layt”ın bu il üzrə orta qiymətini 54,80 dolar/barrel səviyyəsindən 52,92 dolar/barrelə endirib. “Goldman Sachs” “Brent” nefti üçün qiymət proqnozunu isə 56,76 dolar/barreldə 55,39 dolar/barrelə salıb.

Bank “Layt” neftinin 2018-2020-ci illər üzrə orta qiymətinin isə 50 dolar/barrel olacağını nəzərdə tutur.

“Goldman Sachs” şist qazı istehsalında məhsuldarlıq üzrə artımın 2020-ci ilin sonuna qədər 3-10 faiz olmaqda davam edəcəyini proqnozlaşdırır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər