12 C
Baku
Saturday, November 23, 2024

Goldman Sachs: Neftin qiyməti $140-a qədər artacaq

“Goldman Sachs” bankının analitikləri “Brent” markalı neftin qiymətinin 140 dollar/barelə qədər artacağını gözləyirlər. Banker.az xəbər verir ki, bankın proqnozlarına görə, yaxın 12 ay ərzində “Brent”in bir bareli orta hesabla 135 dollara başa gələcək.

2020-ci ilin ikinci yarısı və 2023-cü ilin ilk altı ayı üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnoz təxminən 10 dollar yüksəkdir. İyunun 7-si keçirilən hərraclarda neftin avqust fyuçerləri 0.5% artaraq 120 dollara çatıb.  Qeyd edək ki, “WTI” neftinin qiyməti isə 0.6% artaraq 119.2 dollar təşkil edib.

COVID-19 pandemiyasından sonra yanacağa tələbatın bərpası və qlobal enerji təchizatının kəsilməsi neftin qiymətlərini artırıb. Bəzi ölkələr istehlak qiymətlərini aşağı salmaq üçün neft məhsullarının strateji ehtiyatlarından istifadə etməyə məcbur olublar. Bununla belə, əmtəə qiymətləri artmaqda davam edir. Bu il neftin qiyməti iki dəfədən çox artıb.

“Goldman Sachs”ın analitiklərinin fikrincə, gələn il neft bazarının yenidən balanslaşdırılması üçün qlobal iqtisadi artımın yavaşlaması və Səudiyyə Ərəbistanı və İran da daxil olmaqla OPEC üzvlərində hasilatın artması ilə yanaşı, enerji tələbatının azalması lazımdır.

Bankın məlumatına görə, qlobal neft ehtiyatları əvvəllər gözləniləndən 75 milyon barel azdır. Ekspertlər xəbərdarlıq edir ki, Rusiyada neft hasilatı gözləniləndən az azalıb, lakin ölkədə hasilat daha da azalacaq.

Son xəbərlər
Digər xəbərlər