14 C
Baku
Saturday, November 23, 2024

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozu aşağı salıb

“Goldman Sachs” 2022-ci ilin ikinci yarısında və 2023-cü ildə neft qiymətləri ilə bağlı proqnozuna düzəlişlər edib, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir. Bank ekspertlərinin fikrincə, əlverişsiz ssenaridə Brent markalı neftin ədalətli qiyməti 110-120 dollar/barel təşkil edəcək.

İndi qiymətlər nəzərəçarpacaq dərəcədə düşüb: Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, Brent markalı neftin sentyabr fyuçersləri bir barel üçün 97.76 dollar təşkil edib ki, bu da iyulun 13-ü ilə müqayisədə 1.8% azdır.

Əlverişsiz ssenari bazarda tədricən yaranan bir neçə şərti nəzərə alır. Bunlar Səudiyyə Ərəbistanı və BƏƏ-dən hasilatın sutkada 0.5 milyon barel artması, yüksək enerji qiymətləri və inflyasiya səbəbindən Avropada iqtisadi fəallığın yavaşlaması ilə birlikdə Rusiyadan neft tədarükünün normaya yaxın səviyyədə saxlanmasıdır. Eyni zamanda, bankın ekspertləri bu həftəki “satışı” aşağı likvidlik və texniki amillərlə əlaqələndirirlər.

“Bloomberg” və “The Washington Post” yazır ki, ABŞ Xəzinədarlığı hesab edir ki, əgər Vaşinqton və müttəfiqləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa razı olmasalar, dünya neft qiymətləri bir barel üçün 140 dollara qədər yüksələ bilər. “J.P.Morgan” iyulun əvvəlində Rusiyanın yanacaq istehsalını əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə neftin qiymətinin 380 dollar/barel səviyyəsinə yüksəlməsi ehtimalını etiraf edib.

Son xəbərlər
Digər xəbərlər