9 C
Baku
Monday, November 18, 2024

“Goldman Sachs” neftin qiyməti üzrə proqnozlarını endirib

Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün neftin qiyməti üzrə proqnozlarını endirib.

Bu barədə “İnterfax” bankın analitiklərinə istinadən məlumat yayıb.

Məlumata görə, bankın analitikləri bu ilin üçüncü və dördüncü rübləri üzrə neftin qiyməti ilə bağlı (bir barel üçün – red.) proqnozlarını 140 və 130 ABŞ dollarından müvafiq olaraq 110 və 125 dollara endiriblər.

Qeyd olunur ki, bank 2023-cü il üçün neftin qiyməti üzrə proqnozunu dəyişməyib və 125 dollar səviyyəsində saxlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər