21 C
Baku
Saturday, May 4, 2024

Goldman Sachs Olimpiada haqqında inanılmaz faktlar açıqladı

Londonda baş tutacaq yay olimpiya oyunlarının açılışın bir həftədən də az vaxt qaldı (Qeyd edək ki, olimpiyada iyulun 27-dən avqustun 12-dən Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək). Artıq çoxsaylı idman pərəstişkarları kimin bu il çempion olacağı, kimi hansı idman növündə qalib gələcəyi və yeni rekordlara imza atacağına dair ehtimallar qururlar.  Goldman Sachs mütəxəssisləri də yay  hərarətli Olimpiya həyəcanından yayına bilmədilər, amma onlar deyəsən bu və ya digər milli komandaların nə qədər medal qazanacağını artıq indidən bilirlər. Bundan əlavə onlar keçiriləcək Olimpiadanın iqtisadi plyus və minuslarını da hesablayıblar.

Keçirilmiş son 10 Olimpiadanın nəticəsinə əsasən ev sahibi olan ölkənin komandası adətən digər illərdə, yəni adi iştirakçı kimi qatıldığı vaxtdan 54% daha çox medal toplayır. Məsələn Çin İdmançıları Pekində keçirilən Olimpiada zamanı müxtəlif əyarlı 100 medal qazanmışdı, amma bundan öncə onların qatıldıqları olimpiadalardan qazancı 40 medaldan bir az artıq olmuşdu. Eyni situasiya 2000-ci ildə Avstraliyada da də qeydə alınmışdı: 2000-ci ildə Sidneydə keçirilən Olimpiada zamanı, ev sahibi olan ölkə demək olar ki, 60 medal əldə etmişdi, digər olimpiya oyunlarında isə onların qazancı cəmi 20 medal olmuşdu.

Bu faktları nəzərə alan Goldman Sachs mütəxəssisləri belə proqnoz edirlər ki, Londonda keçirilən Olimpiada zamanı Britaniya idmançıları Pekindəki yarışlardan 11 medal daha çox qazanacaq. Beləliklə onlar ümumi komanda hesabında(amerikan və çinli idmançılardan sonra) üçüncü yeri tutacaqlar. Bank həmçinin güman edir ki, Çin bu il öz meydan sahib olduğu dövr ilə müqayisədə 18 medal daha az qazanacaq. Rusiya isə komanda hesabında 25 medal ilə dördüncü yeri tuta bilər.

Mütəxəssislər həmçinin Olimpiadan keçirilməsinin iqtisadi effektini də hesablayıblar. Goldman Sachs-ın verdiyi məlumatlara əsasən, Olimpiya oyunlarının keçiriləcəyi şəhərdə daşınmaz əmlakların, yaşayış yerlərinin, kirayə haqlarının qiyməti kəskin şəkildə yuxarı qalxır,  bu onunla əlaqədardır ki, belə miqyaslı bir yarışa hazırlaşarkən şəhərin infrastrukturu kardinal şəkildə yaxşılaşır, o cümlədən də yollar və şəhər nəqliyyatı. Bundan əlavə olimpiada zamanı şəhər turistlər üçün daha cəlbedici və maraqlı olur, ora dünyadan çoxlu insanlar axışıb gəlir, əlbəttə ki, bu yerli biznesin inkişaf üçün əlverişli bir ortam yardır. Məsələn, 1984-cü ildə Los-Ancelesdə keçirilən yay olimpiya oyunlarından sonra daşınmaz əmlakın orta qiyməti 25% artmışdı, qonşu  şəhərdə isə artım cəmi 15% olmuşdur. Oxşar situasiya 1996-cı ilə Atlantda keçirilən Olimpiya oyunlarından sonra da qeydə alınmışdır.london2012 stadium01

Baxmayaraq ki, Olimpiada əcnəbi valyuta bazarına bir-başa təsir göstərmir, amma o gördündüyü kimi ev-sahibi olan ölənin milli valyutasının öz mövqeyini  gücləndirməsinə kömək edir. Keçirilmiş son yeddi Olimpiadanı təhlil edərkən, Goldman Sachs mütəxəssisləri  qeyd edir ki, bütün ölkələrdə ABŞ, Cənubi Koreya, İspaniya, Yunanıstan, Çin -hamısı Avstraliya istisna olunmaqla, yay  olimpiya oyunlarının keçirildiyi zaman milli valyuta güclənmişdir.

Olimpiadanın təsirini onun hansı ölkədə keçiriləcəyi bəyan edildikdən sonra fond birjasında  aydın şəkildə hiss etmək mümkündür. Olimpiya Komitəsinin qərarı adətən investorları daha da  həvəsləndirir, onlar inanırlar ki, Oyunlara hazırlıq investisiya kapitalı üçün çox səmərəli mühit yaradacaq.  ABŞ, Yunanıstan və Cənubi Koreyada oyunların keçiriləcəyi barədə elan verildikdən sonra fond bazarında nəzərə çarpacaq qədər indeks sıçrayışı qeydə alınmışdı.

Amma olimpiya oyunları həm də ümidləri doğrultmaya da bilər. Bu Avstraliyaya aiddir, burada iqtisadçılar oyun keçirilənə qədər iqtisadçılar Olimpiadanın ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyini gözləyirdilər. Çində Olimpiya investisiyaları 6,5 il ərzində ümumi hesabda 40 milyard dollar üstələmişdi, amma olimpiadanın qlobal maliyyə böhranının ən qaynar mərhələsinə təsadüf etdiyini nəzərə alsaq, onun Çin xalq respublikasının iqtisadiyyatı üçün nə dərəcədə effektli olduğunu dəyərləndirmək mümkün olmur. Bundan əlavə Çin hökuməti Olimpiada keçirilən zaman və ondan əvvəl Pekin ətrafında zavodların bağlanmasına qərar vermişdi ki, bu da ekoloji mühitin yaxşılaşması ilə bağlı idi, bu isə həmin müəssislərin əhəmiyyətli dərəcə də iqtisadi itkilər ilə üzləşməsinə səbəb oldu.

Olimpiadanın Londonda keçirilməsi Böyük Britaniyaya 8,5 milyard funt sterlinqə başa gələcək (13 milyard dolar), bu isə ölkənin illik ÜDM-in 0,55%-nə və ya Britaniya hökumətinin gəlirlərinin 1,4%-nə bərabərdir. Ekspertlərin rəyinə əsasən bu məbləğin böyük bir hissəsi kifayət qədər qısa müddət ərzində torpaq sahəsi və tikililərin satışı nəticəsində geri qayıdacaq.

Amma Olimpiadanın qısamüddətli olduğu kimi, uzun müddətli effekti də olur. Qısamüddətli üstünlüklərin sırasına satışların kəskin artması, kifayət qədər böyük miqdarda insanın müvəqqəti iş yeri ilə təmin olunması, həmçinin digər dolayı müsbət cəhətlər daxildir. Goldman Sachs belə güman edir ki, Olimpiada ölkəyə əcnəbi turistlərin axınını gücləndirməyə kömək edəcək, həmçinin Londonu əcnəbi sərmayəçilər üçün daha da cəzbedici edəcək. 2012-ci ilin 3-cü rübü ərzində Böyük Britaniyanın iqtisadiyyatının təxminən 0,3-0,4% yüksəlməsinə səbəb olacaq, lakin  bu artım dördüncü rüb ərzində dayanacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər