5 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs”: “OPEC+”un qərarı neft bazarında balansı pozmayacaq

“OPEC+”un gələn ilin yanvar ayından etibarən gündəlik neft hasilatının artırılması qərarı gözlənilən COVID-19-a qarşı peyvəndlər nəticəsində bazarda artan tələbatla tarazlaşdırılacaq.

Bu qənaətə “Goldman Sachs” investisiya bankının mütəxəssisləri gəlib.

“”OPEC+” mövcud hasilat kəsirlərindən koordinasiyalı şəkildə çıxmağın əngəllərini tənzimləyir və təşkilatın həm artan hasilata, həm də ehtiyatların artırılmasına yönələn qərarları, 2021-ci ildə neft qiymətlərinin sabit və davamlı olacağını inamımızı gücləndirir”, – deyə bankın açıqlamasında deyilir

Bundan əlavə, bank özünün 12 aylıq “Brent” markalı neftinin qiyməti üzrə proqnozunu 65 ABŞ dolları səviyyəsində saxlayıb.

Qeyd edək ki, “OPEC+” ölkələri 2021-ci ilin yanvar ayından başlayaraq gündəlik neft hasilatının 500 min bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edib. Beləliklə, hasilat kəsiri 7,7 mln. bareldən 7,2 mln. barelədək yumşaldılıb.

“OPEC+” üzrə xam neft hasilatının yanvar ayında 500 min barel artırılması qərarını Azərbaycan da dəstəkləyib. Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər