The Wall Street Journal-ın verdiyi məlumatlara görə, Goldman Sachs Kolumbiyada olan kömür biznesini satır. Satışa səbəb isə işçi etirazları, ətraf mühit haqqında qanun, dünya üzrə kömür qiymətlərinin enməsi, investisiya banklarının təyin edilmiş kvotanı keçə bilməməsini təyin edən qaydalardır.
Bununla yanaşı, investisiya bankı artıq özünün aliminium zavodu və elektrik stansiyası şəbəkəsindən “azad olub”. Goldman Sachs bununla belə, xammal və onunla əlaqəli maliyyə alətləri ilə ticarət etməyi davam etdirməyi planlaşdırır.