10 C
Baku
Sunday, December 22, 2024

“Goldman Sachs” qızıl almağı məsləhət görür

2025-ci ildə qızıl qiymətlərinin artacağını proqnozlaşdıran “Goldman Sachs” treyderlərə bu sektora investisiya etməyi tövsiyə edib, “Bloomberg” yazır.

Şirkət Donald Trampın prezidentliyi dövründə qiymətlərin artması və ABŞ-də aşağı faiz dərəcələri sayəsində qızıl qiymətlərinin gələn il tarixi səviyyələrə çata biləcəyini bildirib. Qeyd edək ki, hal-hazırda qızılın qiyməti bir unsiya üçün 2596 dollardır.

Digər proqnozlar “Brent” markalı neftin qiymətinin gələn il üçün 70-85 dollar/barel aralığında olacağını göstərir, baxmayaraq ki, Tramp administrasiyası İrandan tədarükləri məhdudlaşdırarsa, yaxın müddətli artım ehtimalı var.

Analitiklərin fikrincə, qara metallarla müqayisədə əlvan metallara daha çox tələbat olacaq və Avropa qazı hava şəraiti ilə əlaqədar qısa müddətdə qiymət artımı riskləri ilə üzləşə bilər.

Kənd təsərrüfatı mallarına gəlincə, “Goldman Sachs” Trampın prezidentliyi dövründə Vaşinqton və Pekin arasında “ticarət müharibəsi”nin bir hissəsi kimi mümkün ticarət tədbirlərinin potensial nəticələrini nəzərdən keçirir.

Son xəbərlər
Digər xəbərlər