“Goldman Sachs” analitikləri qızılın qiyməti ilə bağlı proqnozlarını yeniləyərək, 2025-ci ilin sonu üçün hədəf səviyyəsini bir unsiya üçün 3100 dollara çatdırıblar, bu barədə “Bloomberg” yazır.
Bankın ekspertləri qərarlarını bütün dünya üzrə mərkəzi bankların qızıla tələbatının artması, eləcə də bu qiymətli metala yönəlmiş birja fondlarına investisiya axını ilə izah ediblər. Onlar mərkəzi banklar tərəfindən orta qızıl alışlarının bu il ayda 50 tona çata biləcəyini proqnozlaşdırırlar.
İqtisadi siyasətdə qeyri-müəyyənlik, o cümlədən ABŞ prezident administrasiyasının tətbiq etdiyi tariflərlə bağlı məsələlər davam edərsə, o zaman, analitiklərin fikrincə, qızılın qiyməti bir unsiya üçün 3300 dollara qədər yüksələ bilər.
Bundan əlavə, inflyasiya və maliyyə riskləri ilə bağlı artan narahatlıqlar mərkəzi bankları qızıl alışlarını artırmağa sövq edə bilər.