9 C
Baku
Friday, February 20, 2026

Goldman Sachs: Qlobal təklif artdığı halda neft niyə bahalaşmağa davam edir?

Bu il qlobal təklif profisitinə baxmayaraq dünya neft qiymətləri artıb. “Goldman Sachs” analitiklərinin yazdığına görə, bu fenomen ən azı qismən onunla izah olunur ki, təklif artıqlığının əhəmiyyətli hissəsi sanksiyalar altında olan və dənizdə tankerlərdə toplanmış neftdən ibarətdir.

Bank ekspertlərinin qeyd etdiyinə görə, tankerlərdə saxlanılan Rusiya, İran və Venesuela neftinin həcmi 375 milyon barelə çatıb ki, bu da dünya üzrə görünən ehtiyat artımının təxminən üçdə birini təşkil edir. Eyni zamanda, İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrinin əsas qiymət formalaşma mərkəzlərində neft ehtiyatları əsasən sabit qalır və bu da “qara qızıl”ın qiymətlərini dəstəkləyən əsas amildir.

Məhz bu iki faktor dünya neft qiymətləri ilə ehtiyatların dinamikası arasında “uçuruma” səbəb olub. Ümumilikdə isə sanksiyalar altında olan neftə tələbat onun təklifindən geri qalır, “Goldman Sachs” qeyd edir.

Məsələn, Hindistan Rusiya neftinin alışını azaldıb, Çin isə idxalı artırıb, lakin bunu İran neftinin idxalını azaltmaq hesabına edib.

Bankın proqnozuna görə, qlobal təklif artıqlığı dəyişməz qaldığı halda, növbəti 12 ay ərzində dənizdə toplanmış ehtiyatların 100 milyon barel artması “Brent” markalı neftin qiymətinin təxminən 8 dollar/barel yüksəlməsinə səbəb ola bilər. Eyni həcmdə — 100 milyon barel azalma isə “Brent” qiymətlərinin təxminən 3–4 dollar/barel enməsi ilə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər