28 C
Baku
Saturday, July 27, 2024

“Goldman Sachs” rəqəmsal valyutaları misin analoqu adlandırıb

Kriptovalyutalar investisiya aləti olaraq qızılı əvəz etmir və yalnız mislə müqayisə edilə bilər. Bunu “Goldman Sachs”ın xammal malları şöbəsinin rəhbəri Ceff Karri söyləyib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onun fikrincə, rəqəmsal valyutalar pro-risk aktivlərdir.

Xatırladaq ki, may ayının sonunda “Goldman Sachs” bitkoini aktiv sinfi olaraq tanıyıb. Bank investorların institusional alətlər arasında kriptovalyutalara tələbin artdığını vurğulayıb.

Daha əvvəl “Goldman Sachs” kriptovalyuta şöbəsini açan ilk böyük investisiya banklarından biri olub. Yeni şöbə artıq iki növ derivativ ticarətini həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər