15 C
Baku
Tuesday, November 18, 2025

“Goldman Sachs” təklifin artması səbəbindən neft qiymətlərinin 2026-cı ilə qədər düşəcəyini proqnozlaşdırır

Neft qiymətlərinin 2026-cı ilə qədər azalacağı gözlənilir. “Goldman Sachs” analitikləri 17 noyabr tarixində bildiriblər ki, hasilatın artması bazarda gündə təxminən 2 milyon barel həcmində profisit yaradacaq.

Bankın proqnozlarına görə, 2026-cı ildə “Brent” markalı neftin orta qiyməti bir barrel üçün 56 dollar, WTI markalı neftin qiyməti isə 52 dollar olacaq. Bu rəqəmlər müvafiq olaraq hazırkı fyuçers əyrilərindəki 63 və 60 dollardan aşağıdır.

OPEC+ (Rusiya və digər tərəfdaş ölkələri birləşdirən Neft İxrac Edən Ölkələr Təşkilatı) apreldən bəri hasilatı artırır. ABŞ və Braziliya kimi digər istehsalçılar da təklifi yüksəldir, bu isə profisitlə bağlı narahatlıqları artırır və qiymətlərə təzyiq göstərir.

Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, gələn il qlobal neft bazarında profisit daha da artaraq gündə 4,09 milyon barelə çatacaq.

“Goldman Sachs” gözləyir ki, qiymətlər 2027-ci ildən bərpa olunacaq. Çünki 2025–2026-cı illərin aşağı qiymətləri OPEC-dən kənar hasilata təzyiq göstərəcək, həmçinin son 15 ildə investisiyaların az olması səbəbilə yeni layihələr çox az olacaq.

“Bu səbəbdən biz gözləyirik ki, 2028-ci ilin sonuna doğru Brent/WTI neftinin qiyməti uzunmüddətli proqnozlarımız olan 80/76 dollara qədər yüksələcək”, — deyə bank bildirib.

“Goldman Sachs”ın məlumatına görə, 2026–2027-ci illərdə “Brent” markalı neftin qiyməti bir barrel üçün 40 dollara qədər düşə bilər, əgər OPEC-ə daxil olmayan ölkələrin təchizatı gözləniləndən daha dayanıqlı olarsa və ya dünya iqtisadiyyatı tənəzzülə girərsə. Lakin Rusiyadan gələn təchizat daha kəskin azalarsa, qiymət bir barel üçün 70 dollardan da yuxarı qalxa bilər.

Son xəbərlər
Digər xəbərlər