19 C
Baku
Sunday, May 19, 2024

Goldman Sachs: uğurlu müsahibə üçün məsləhətlər

Son kursda olan biznes-məktəbin tələbələri iş axtararaq müxtəlif maliyyə şirkətlərinə çox saylı rezümelər göndərərək müsahibəyə çağırılmalarını gözləyirlər.

Bununla yanaşı, Uoll-Stritdə işə qəbul üçün müsahibələr öz çətinliyi, yüksək stressi və gözlənilməz sualları ilə məşhurdur.

Məhz bununla bağlı olaraq Goldman Sachs öz saytında Careers Blog bloqunu açmışdır və burada namizədlərə müsahibədə düzgün davranış qaydalarını öyrədir. Aşağıda işəgötürənlə uğurlu müsahibə keçirmək və arzu olunan iş əldə etmək üçün faydalı məsləhətlərlə tanış ola bilərsiniz.

Müsahibə sizin şirkətə nə dərəcədə uyğun gəldiyinizi müəyyən etmək üçündür

Hələ müsahibə başlamamışdan bu işi nəyə görə istdiyinizi özünüz üçün müəyyən edin.
Goldman Sachs aşağıdakı suallara cavab verməyinizi tələb edir:

1. Hansı keçmiş təcrübəniz sizi bu iş üçün ideal bir şəxsə çevirir?

2. Güclü və zəif tərəfləriniz hansılardır?

3. Lazımi biliklərə sahibsinizmi?

4. Bu işi nəyə görə əldə etmək istəyirsiniz?

İşəgötürəni heyrətləndirəcək şəkildə motivasiyanız olsun

Bu işə ən yaxşı namizədin özünüz olduğunuz barədə qənaətə gəldikdən sonra işəgötürəni heyrətləndirəcək kiçik bir motivasiya hazırlayın. Özünüzü yaxşı tanımağınız mütləqdir.

Müsahibəyə yaxşı hazırlaşmağa rezümeni, iş və təhsillə bağlı dəqiq tarixləri bilmək və öz müsbət və mənfi cəhətlərinizi deməyi bacarmaq lazımdır.

Əldə etmək istədiyiniz işlə bağlı maksimum məlumatlar öyrənin

Goldman-a görə namizədlərin yol verdikləri əsas səhvlərdən biri müsahibəyə gəldikləri işlə bağlı kifayət qədər məlumata sahib olmamalarıdır. Hər şeyi bilmək təbii ki, mümkün deyil, lakin işə maraq göstərmək və məlumatlanmaq lazımdır.

Müsahibəyə tez gəlin

Heç vaxt gecikməyin. Hər zaman müsahibəyə 20-30 dəqiqə tez gəlmək məsləhətdir.

Görüşəcəyiniz insanın adını yadda saxlayın

Adları yadda saxlamaq vacibdir, xüsusəndə müsahibəni keçirəcəyiniz şəxsin. Bu xoş təəssürat yaratmağa kömək edəcək.

Rezümenizi son nöqtəsinə qədər əzbər bilin

Müsahibə zamanaı işəgötürən rezümenizə nəzər yetirə və təhsiliniz, əvvəlki iş yerləriniz ilə bağlı suallar verə bilər. Goldman Sachs bütün suallara qısa və konkret cavab verməyi məsləhət görür.

İş təcrübəniz barədə danışmağa hazır olun

Müsahibədə əvvəlki işinizlə bağlı da suallar verilə bilər. Buna görə də öz təcrübəniz, nailiyyətinizlə bağlı sualların cavabına əvvəlcədən hazırlaşmaq lazımdır.

Mətnlərə hazır olun

İşəgötürənlə müsahibə zamanı sizdən abstrakt vəziyyəti təsvir etməyinizi tələb edə bilərlər. Məsələn, Manhettendə nə qədər çuxur var? Burada sizdən dəqiq cavab deyil, sualın həlli üçün variant təklif etmək bacarığınız tələb edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər