11 C
Baku
Monday, April 28, 2025

“Goldman Sachs”: Xarici investorlar $63 milyardlıq ABŞ səhmlərini satıblar

“Goldman Sachs” strateqlərinin hesablamalarına görə, xarici investorlar martın əvvəlindən 63 milyard dollar dəyərində Amerika səhmlərini satıblar. Bank qeyd edir ki, ABŞ səhmləri əsasən avropalı investorlar tərəfindən satılıb, digər bölgələrdən olan treyderlər isə onları almağa davam ediblər.

Strateqlər bu dinamikanın səhmlərin qiymətləndirilməsi üçün əhəmiyyətli risk yaratdığını deyirlər: 2025-ci ilin əvvəlində ABŞ səhmlərinin xarici sahibliyi rekord həddə – 18%-ə çatıb.

Buna baxmayaraq, ABŞ bazarı xarici investorların axını zamanı böyüdüb, istisnalar 1987, 1990 və 2022-ci illər olub. Ticarət məlumatlarına görə, geniş ABŞ bazarının indeksi olan “S&P 500” 2025-ci ilin əvvəlindən bəri təxminən 6,75% azalıb. Xatırladaq ki, aprelin 9-da  Donald Tramp 185 ölkəyə idxal rüsumları tətbiq edib. Ən böyük tariflər Çinə qarşı olub və 145% təşkil edib.

Cənab Tramp əvvəllər demişdi ki, onun tətbiq etdiyi tariflər hər gün ölkəyə 2 milyard dollar gəlir gətirir. Onun sözlərinə görə, 70-dən çox ölkə Vaşinqtonla tariflərlə bağlı danışıqlara hazırdır.

Daha sonra Tramp ritorikasını yumşaldaraq, Çinə qarşı “çox mehriban” və “nəzakətli” olacağını vəd edib və yekun tariflərin indiki 145%-dən aşağı olacağını proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər