Dövlət Gömrük Komitəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cəzalandırıb.
Banker.az xəbər verir ki, ASCO İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinibvə 1.500 AZN məbləğində cərimə edilib.
Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qərarından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Lakin, apellyasiya məhkəməsi 5 avqust 2019-cu il işə baxıb və qərar dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.
ASCO 440,05 mln. manat səhm kapitalına malik olmaqla səhmlərinin 100%-i dövlətə məxsusdur.