15 C
Baku
Thursday, March 28, 2024

Gömrük bəyannaməsini e-formada təqdim etməyən şirkət cərimələndi

Dövlət Gömrük Komitəsi “M.R.Kemikal” MMC-ni cərimələyib.

Banker.az xəbər verir ki, AR İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 1 500 AZN cərimə edilib.

15 may 2019-cu il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər