6 C
Baku
Sunday, December 15, 2024

Gömrük “Bazar Store”u cərimələyir

“Azərsun Holdinq” MMC-nin supermarketlər şəbəkəsi olan “Bazar Store” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, “Bazar Store” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Bazar Store” 1999-cu ildə yaradılıb və 38 077 949 ABŞ dollarında nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər