8 C
Baku
Thursday, December 12, 2024

Gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri dəyişib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil
olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nda dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilir:

 

 

Kredit təşkilatları

Bir qarantiya üzrə öhdəliyin maksimum həddi (reyestrə daxil edilən tarixə kredit təşkilatının məcmu və nizamnamə kapitalına

nisbətən faizlə)

Qüvvədə olan qarantiyalar üzrə öhdəliklərin maksimum həddi (reyestrə daxil edilən tarixə kredit təşkilatının məcmu və

nizamnamə kapitalına nisbətən faizlə)

 

Bank

məcmu kapitalın 1 faizindən çox olmamaqla məcmu kapitalın

10 faizindən çox olmamaqla

Bank olmayan kredit

təşkilatları

nizamnamə kapitalının 0,5 faizindən çox olmamaqla nizamnamə kapitalının

3 faizindən çox olmamaqla

 

Bundan əvvəl gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilimişdi:

Kredit təşkilatlarının nizamnamə kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi minimum nizamnamə kapitalından Banklar Bank olmayan kredit təşkilatları
bir qarantiya üzrə öhdəlik,

ABŞ dollarına ekvivalent məbləğ ilə

bütövlükdə belə qarantiyalar üzrə öhdəlik,

ABŞ dollarına ekvivalent

məbləğ ilə

bir və ya bir neçə qarantiya üzrə öhdəlik,

ABŞ dollarına ekvivalent

məbləğ ilə

2,0 dəfə çox olduqda 1,0 milyon 2,0 milyon 150,0 min
1,5 dəfə çox olduqda 500,0 min 1,0 milyon 100,0 min
1,0 dəfə çox olduqda 250,0 min 500,0 min 50,0 min
Son xəbərlər
Digər xəbərlər