“Bu günə olan məlumata görə, gömrük orqanları tərəfindən 3 milyard 830 milyon manat illik büdcə proqnozuna qarşı 3 milyard 887 milyon manat gömrük rüsumları və vergilərin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”.
Bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfət Mehdiyev öz tvitter hesabında yazır.
DGK sədri əlavə edib ki, komitə bununla da proqnoza 101.5 faiz əməl etmiş olub.
Bu günə olan məlumata görə, #gömrük orqanları tərəfindən 3 milyard 830 milyon manat illik #büdcə proqnozuna qarşı 3 milyard 887 milyon manat gömrük rüsumlarının və vergilərin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub, bununla da proqnoza 101,5 faiz əməl edilib.
— Safar Mehdiyev (@SafarMehdiyev_) December 25, 2020