16 C
Baku
Sunday, April 21, 2024

Gömrük Komitəsi büdcəyə 2019-cu ilin ilk ayında ödənişlərini 46% daha çox etdi

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 645,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 557,4 min manat və ya 45,8% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17 009,8 min manat və ya 28,6% artaraq 76 480,4 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 76 029,8 min manat və ya 48,4% artaraq 233 048,7 min manat, aksizlər 10 081,6 min manat və ya 2,5 dəfə artaraq 16 862,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 436,2 min manat və ya 15,5% artaraq 3 254,3 min manat təşkil edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər