9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 44 milyon manat azalma

2020-ci ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsinin xəttilə dövlət büdcəsinə 1 milyard 347 milyon 886 min manat daxil olub.

Banker.az bu barədə  Komitənin aylıq hesabatına istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 973 min manat və ya 3% azdır.

2019-cu ilin 4 ayı ərzində Dövlət Gömrük Komitəsinin xəttilə dövlət büdcəsinə 1 milyard 391 milyon 859 min manat daxil olmuşdu.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 0,4% azaldaraq 963 milyon 925 min manata, aksizlər 54,4% azalaraq 43 milyon 841 min manata, yol vergisi üzrə daxilolmalar isə 4,4% azalaraq 12 milyon 637 min manat olub.

Son xəbərlər
Oxşar xəbərlər