27 C
Baku
Saturday, July 27, 2024

Gömrük Komitəsi Türkiyənin tanınmış şirkətinin Azərbaycandakı filialını cərimələyir

Dövlət Gömrük Komitəsi “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialını cərimələyib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Şirkət barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Günel Səmədovanın icraatına verilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Məlumat üçün bildirək ki, Cengiz Holdinqin törəmə şirkəti olan Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş. 1987-ci ildə İstanbulda yaradılmış, Türkiyənin aparıcı inşaat şirkətlərindən biridir. Türkiyənin ən böyük və ən prestijli layihələrindən biri olan İstanbul Yeni Hava Limanının Tikint-İşlət-Dövlət Layihəsinin inşası və 25 illik istismar hüquqları 2013-cü ilin may ayında Cengiz İnşaatın rəhbərliyi ilə yaradılmış Birgə Müəssisə Qrupu tərəfindən alınıb.

Son xəbərlər
Digər xəbərlər