28 C
Baku
Saturday, July 27, 2024

Gömrük Komitəsi “Veysəloğlu-Yaycılı Qardaşlar”ı xarici valyutaya görə cərimələyir

“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC (“Ulduz Şokolad Fabriki”)  barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Nəriman Mehdiyevdir.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 milyon manatdır və qanuni təmsilçisi Vüqar Sərdarovdur.

Son xəbərlər
Digər xəbərlər