28 C
Baku
Thursday, July 25, 2024

Gömrük Komitəsi “Volkswagen Azerbaijan”ı cərimələyir

“Azərbaycan Automobiles” Qapalı Səhmdar Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Səbail Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Günel Səmədovadır.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə – fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Azərbaycan Automobiles” QSC Almaniyanın avtomobil markası “Volkswagen”in Azərbaycanda rəsmi dileri olan yeganə şirkətdir.

Son xəbərlər
Digər xəbərlər