23 C
Baku
Cümə, Sentyabr 17, 2021
ezgif.com gif maker 2 1

Gömrük Komitəsi xanım sahibkara uduzdu: 20 minlik mala 70 min rüsum tələb olunurdu

Məlumata görə, Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. 

Banker.az xəbər verir ki, bu haqda məlumatı “Azem&Partners” hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O, bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi:

“Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı nə də rəsmiləşdirmirdi. Beləki, idxal edilən malların dəyəri 20922 avro və ödənilməli rüsum 17000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etsə də Gömrük orqanı bu dəfə də sahibkarı həmin zavodla “əlaqəli şəxs” kimi qələmə verərək sənədlərin mötəbərliyinə şübhə ilə yanaşırdı.

Qeyd edim ki, Gömrük orqanının sahibkarın idxal etdiyi 20922 avro dəyərində mala qoyduğu qiymət 75000 ABŞ dolları idi və belə olan halda sahibkar 46000 azn rüsum ödəməli idi. Gömrük orqanı iddia edirdi ki, bu malların apteklərdə pərakəndə satış qiyməti 75000 abş dolları dəyərindədir ona görə də pərakəndə satış dəyərindən çıxılma üsulu ilə hesablayırıq.

Məhkəmə öz qərarı ilə sövdələşmənin əsas olduğunu əsas sayaraq gömrük orqanının yanaşmasının qanuni olmaması qənaətinə gəldi.

Xatırladaq ki, bu qalmaqal uzun müddətdir davam edir. “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva bu ilin fevralında mediaya üz tutaraq problemi ictimailəşdirmişdi. O, problemin həlli üçün komitənin sədri Səfər Mehdiyevə müraciət etsə də məsələ həll olunmayıb, qeyri-qanuni olaraq ondan 3 dəfə artıq ödəniş tələb olunub.

Hətta bununla bağlı komitə açıqlama yayaraq tələb olunan məbləği əsaslandırmağa çalışmışdı.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Yeni Sabah
Oxşar xəbərlər

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. "Haber Global" xəbər verir ki, sentyabrın 16-dan etibarən Kapıköy sərhəd-keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin gediş-gəlişi bərpa olunub. Bildirilib...

Zaxarovadan İranın yük maşınlarının saxlanmasına münasibət

Azərbaycan, Rusiya, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq Rusiya Federasiyası (RF) regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində səylərini davam etdirəcək. Bunu RF Xarici İşlər...

Davosda keçiriləcək Dünya İqtisadi Forumunun tarixi məlum olub

Dünya İqtisadi Forumunun (WEF) illik toplantısı gələn il 17-21 yanvar tarixlərində Davosda keçiriləcək. Bu barədə TASS xəbər verir. "Dünya İqtisadi Forumu liderləri 2022-ci ildə İsveçrənin Davos...