Bildiyimiz kimi, Dövlət Gömrük Komitəsinin “AzərTerminalKompleks” Birliyi “FF Construction” MMC ilə yeni inzibati binasının fasadının üzlənməsi üçün 8 milyon manatlıq müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, bu şirkətin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Məlumata əsasən, “FF Construction” MMC-nin vergi borcu 993 994 manatdır. Qeyd edək ki, bu vergi borcu 04.04.2021 tarixinə olan məlumatdır.
Onu da bildirək ki, “FF Construction” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ayaz Soltanovdur.