13 C
Baku
Friday, November 22, 2024

Gömrük Komitəsi “Abşeron-Şərab”ı cərimələyir

“Abşeron-Şərab” ASC-nin gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki,əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2003-cü ildən Abşeron-Şərab ASC kimi yenidən fəaliyyətə başlayıb. Şirkət şərab, konyak, araq, viski, likyor, şampan və meyvəli araqlar istehsal edir.

 

Son xəbərlər
Digər xəbərlər