Gömrük Komitəsi “AzRosPromİnvest”i xarici valyutaya görə cərimələyir

“AzRosPromİnvest” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Tovuz rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Zaur Hünmətovdur.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan azca miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” 2006-cı ildə təsis edilmişdir. Müəssisənin xammal bazası Azərbaycan Respublikasının Qazax rayonu, Daş-salahlı kəndin yaxınlığında yerləşən unikal Daş-Salahlı bentonit gil yatağıdır.

Son xəbərlər
Digər xəbərlər