14 C
Baku
Saturday, November 23, 2024

Gömrük Komitəsi “Badamlı”nı xarici valyutaya görə cərimələyir

“Badamlı Mineral Sular” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Daşqın Səfərovdur.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC Şahbuz rayonunda 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Simral Axundovdur.

Son xəbərlər
Digər xəbərlər