Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi açıqlanıb.
Banker.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Bakcell” MMC olub və müqavilə bağlayıblar.
Müqavilədə telekommunikasiya şəbəkəsi vasitəsilə mobil rabitə xidmətlərinin satın alınması nəzərdə tutulur.
Gömrük Komitəsi mobil rabitə xidmətləri üçün “Bakcell” MMC-yə 10 min manat ödəyəcək.