8 C
Baku
Sunday, November 17, 2024

Gömrük Komitəsi “Honda”nın Azərbaycan nümayəndəliyinə cərimə protokolu tərtib etdi

“Yenimotor” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Abşeron Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Cəmilə Səfiyevadır.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Yeni Motor” MMC “Honda Motor Co” LTD şirkətinin Azərbaycandakı yeganə və rəsmi nümayəndəsidir.

Son xəbərlər
Digər xəbərlər