13 C
Baku
Friday, November 22, 2024

Gömrük Komitəsi “İdeal Motors”u cərimələyir

“İdeal Motors” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Hüseyn Səfərovdur.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “İdeal Motors” MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət Azərbaycanda “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirən “Performance Center Co” şirkətilə eyni hüquqi ünvanda yerləşir.

Son xəbərlər
Digər xəbərlər