10 C
Baku
Thursday, December 12, 2024

Gömrük Komitəsi karqoda malların gecikdirilməsini real saymır

Karqoda malların gecikdirilməsi ola bilməz.
 
Bilmirəm söhbət hansı şirkətlərdən gedir, amma məsələ ilə bağlı fakt olarsa, biz bunu araşdırarıq.

Bunu Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev deyib. 

Onun sözlərinə görə, idxalın demək olar ki, bütün sahələrini əhatə edən mallar qısa idxal bəyannamələrinə uyğunlaşdırılır:

“Həmin bəyannamələrə uyğun olaraq fiziki və hüquqi şəxslər gömrük anbarlarına gələrək öz adlarına bəyan etdikləri mallarını rəsmiləşdirərək götürə bilərlər. Bu səbəbdən gecikmə hallarının mümkün olma ehtimalı bizə real görünmür. Əvvəlki hallarda bəlkə də ola bilərdi, amma indi karqoda malların gecikdirilməsi, sıxlığı baş verə bilməz. 

Əgər əvvəl bir karqoda 20 adamın malı var idisə, onlardan birinin problemi olanda 19 nəfər də gözləməli olurdu. Amma artıq elə deyil, hər kəs öz malını bəyan edərək, müvafiq rüsumu ödəyir və malını götürür. Təkrar deyirəm ki, hansı karqo şirkəti ilə bağlı gecikmə məqamları yaşanıbsa bizə məlumat verin araşdıraq”.

Son xəbərlər
Digər xəbərlər