12 C
Baku
Sunday, May 19, 2024

Gömrük Komitəsi “Mazımçay” gömrük postunda yaranmış sıxlıqla bağlı açıqlama yaydı

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı yanlış informasiyalar yayımlanıb. Belə ki, yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı süni maneələr nəticəsində yarandığı iddia olunur.

Banker.az xəbər verir ki, bu barədə Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının  son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.  Bu da ölkə ərazisinə “tranzit” gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.

Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki  gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir.  Buna görə də Gürcüstan Respublikası Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.

DöHazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq.

Gömrük orqanlarının sərhədkeçmə proseslərində süni maneələr yaratması ilə bağlı irəli sürülən, hər hansı fakta söykənməyən əsassız iddialar isə məsuliyyətsizliyin, qərəzli mövqenin təzahürüdür.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər