22 C
Baku
Monday, July 1, 2024

Gömrük Komitəsi Naxçıvan MR İqtisadiyyat Nazirliyini cərimələyir

Naxçıvan MR İqtisadiyyat Nazirliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib, işə baxan hakim Gülsüm Əliyevadır.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Son xəbərlər
Digər xəbərlər