21 C
Baku
Thursday, June 27, 2024

Gömrük Komitəsi SOCAR-la “Tekfen”nin birgə müəssisəsini cərimələdi

“Azfen” Birgə Müəssisəsi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Səbail Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə – fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Azfen” B.M. 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və “Tekfen İnşaat və Təsisat A.Ş.” (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir. Məqsəd neft şirkətləri üçün tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər