Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi As İnşaat MMC ilə 9 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi Xanoba gömrük postunun kompleks tikintisi üzrə tikinti-quraşdırma işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 200 000 manatdır.