“Son aylar aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artırılmasına səbəb olub. Bir-birini təkrar edən idarə və şöbələr birləşdirilib”
Banker.az AzVision.az-a istinadən bildirir ki, bunu “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, 8 ayda 250 gənc kadr işə götürülüb. S.Mehdiyev, həmçinin qeyd edib ki, cari ilin 8 ayında 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i cinayət xarakterli olub. Bu da 6 milyon 135 min vəsait təşkil edib.
288 işçi vəzifəsindən azad olunub
2018-ci il ərzində Dövlət Gömrük Komitəsinin 228 əməkdaşı tənbeh və intizam məsuliyyətinə cəlb olunub.
Bunu Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov deyib. İdarə rəisi bildirib ki, komitə 4 fakt üzrə 5 əməkdaş barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib.