Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə “Progress” Sənaye İstehsalat Şirkəti 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar -0.200 səviyyəsinə qədər olan zirzəmi hissəsinin (Blok 1, Blok 2) tikinti işləri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 091 747 manatdır.
Bildirək ki, DGK sentyabr ayında da Komitənin yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsi üçün “Progress” Sənaye İstehsalat Şirkətinə 1 milyon 331 min 833 manat ödəmişdir.
Onu da qeyd edək ki, Bakının Yasamal rayonunda Dövlət Gömrük Komitəsinin yeni inzibati binası tikilir. Hazırda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.