2023-cü ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 506.780 milyon manat təşkil edib ki, bu, illik müqayisədə 25.5 % çoxdur.
Banker.az bu barədə DGK-ya istinadən xəbər verir.
2022-ci ilin eyni dövrü ilə müqayisədə gömrük rüsumları üzrə daxilolmalar 29.4 % artaraq 121.933 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22.8% artaraq 365.562 milyon manat, aksizlər üzrə daxilolmalar 77% artaraq 14.841 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 18.9 % artaraq 4.4 milyon manat olub.