Gömrük rəsmisi “şirinlik vermə” məsələsinə toxundu

Babayev: "Düzdür, bəzi yerlərdə az da olsa "Şirinlik vermə"məsələsi qalıb"

 © Sputnik

Bu gün Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev “Gömrük İslahatları və Modernləşdirmə” mövzusunda jurnalistlər üçün təlim təşkil edib. Təlimdə çıxış edən İqbal Babayev bir neçə mövzuya toxunub. O, bildirib ki, ölkəmizdə gömrük orqanlarının qarşısında duran ən birinci vəzifə ölkədə təhlükəsizliyi təmin etmək, korrupsiya və rüşvətin qarşısını almaq üçün çalışmaqdır.

“Bildiyiniz kimi prezident gömrük əməkdaşlarının əməkhaqqının artırılması ilə bağlı fərman imzalayıb və bu fərmana uyğun olaraq Azərbaycanda demək olar ki, ən çox əməkhaqqı alan şəxslər elə gömrük əməkdaşlarıdır. Biz hazırda gömrük sahəsində rüşvətin qarşısını almaq üçün əlimizdən gələni edirik. Düzdür, bəzi yerlərdə az da olsa “Şirinlik vermə”məsələsi qalıb. Biz onun da qarşısını alacağımıza inanırıq. Bilirsiniz ki, Gömrük Komitəsində tez-tez islahatlar keçirilir, dəyişikliklər baş verir. Bu zaman risklər ortaya çıxır. Biznes aləmi gömrükdə baş verən dəyişikliklərə görə narahat olmamalıdır. Azərbaycan inkişafda olan ölkədir” — İqbal Babayev qeyd edib.

Babayev onu da vurğuladı ki, gömrükdə baş verən dəyişikliklərin keyfiyyətli olması üçün ictimaiyyətin köməyi lazımdır: “Bizim həm də medianın köməyinə böyük ehtiyacımız var”.

– Sputnik.az