3 C
Baku
Saturday, December 14, 2024

Gömrük rüsumdan azadolma yaz aylarında aid edilirdi, NK indi bunu aradan qaldırır

Nazirlər Kabinetinin (NK) 2017-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Banker.az xəbər verir ki, bu dəyişikliyi Baş nazir Novruz Məmmədov imzalayıb.

Həmin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib:

“Capsicum” cinsinin və ya “Pimenta” cinsinin qurudulmuş, döyülmüş və ya üyüdülmüş barları daxil mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə gömrük rüsumunun “0” rəqəmi “30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları” ilə əvəzlənib.

Son xəbərlər
Digər xəbərlər