Gömrük sədrindən manatın devalvasiyası ilə bağlı
“Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”.
Bunu jurnalistlərə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev deyib.
“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”, – deyə A. Əliyev bildirib.
DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: “Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.
APA