12 C
Baku
Sunday, October 27, 2024

Gömrük xətti ilə büdcə daxilolmaları 23% artıb

Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları ərzində gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmini açıqlayıb.

Banker.az Komitəyə istinadən xəbər verir ki, hesabat dövründə gömrük daxilolmalar yanvar -fevral aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 23% artaraq 1 milyard 9 milyon manat təşkil edib.

Hesabata əsasən, təkcə fevral ayı ərzində gömrük xətti ilə 119 milyon 995 min manat, aksizlər  üzrə 14 milyon 919 min manat, yol vergisi üzrə 4 milyon 349 min manat həcmin­də vergi və rüsum daxil olub.

Son xəbərlər
Digər xəbərlər