2023-ci il ərzində gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 12% artaraq 6 milyard 337.538 milyon manata çatıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 627 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 443.3 milyon manat, aksizlər üzrə daxilolmalar 224.3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42.8 milyon manat təşkil edib.